Vatsap bu gündən bəzi telefonlarda fəaliyyətini dayandırıb


10:28     01 Noyabr 2021 21_11_01_1635740337.jpg

Vatsap noyabrın 1-dən öz tətbiqini köhnə smartfonlarda - 4.1 android və 10 iOS-dan aşağı versiyalarda dəstəkləməyəcək.

Femida.az xəbər verir ki, vatsap iş qaydalarında dəyişiklikləri oktyabrda öz saytında elan edib.

Məlumata görə, noyabrın 1-dən proqram 4.1-dən aşağı olmayan android smartfonlarında və iOS 10-dan başlayan “iPhone”larda əməliyyat sistemləri ilə işləyəcək. Vatsap köhnə cihazlarda rəsmi olaraq proqram təminatını dəstəkləməkdən imtina edib.

Açar sözlər:

Oxunub: 1568