Bakıda qaçırılan yeniyetmə qız tapılıb


12:51     03 Noyabr 2021 2021/11/9016D682-2F3F-481D-BAF4-1146543D0A05_1635934156.jpeg

Bakıda qaçırılan yeniyetmə qız, 2007-ci il təvəllüdlü A.L (ad, soyad şərti) noyabrın 2-də axşam saatlarında tapılaraq ailəsinə təhvil verilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, hadisə noyabrın 1-də paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük savxozu ərazisində qeydə alınıb. Belə ki, 2007-ci il təvəllüdlü A.L (ad, soyad şərti) naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılıb.

Femida.az

Açar sözlər: #Din    

Oxunub: 1262