"Azərbaycan bütün çətinliklərə təkbaşına dözdü" - XİN rəhbər


12:37     05 Noyabr 2021 2021/11/C1714E4B-DD2A-42F2-B0A2-2339124E44A7_1636105503.png

"Bir il əvvəl Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi ədaləti bərpa edərək, 30 illik işğala son qoydu”.

Femida.az xəbər verir ki, bunu ADA Universitetində keçirilən “44 Günlük Zəfər Yolu” konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, böyük imperiyanın dağılması ilə ölkələr müstəqillik əldə etdi, Azərbaycan gözlənilmədən radikal separatizm, torpaqlarının işğalı və 1 milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üzləşdi: “Hər 7 vətəndaşdan biri qaçqın və məcburi köçkün idi. Azərbaycan bütün çətinliklərə təkbaşına dözdü, milli maraqlarına uyğun çıxış etdi”.

Nazir əlavə edib ki, 30 ilərzində aparılan siyasi danışıqlar, onun inkişaf tendensiyası göz önündə olub: “Azərbaycan dövləti bu müddətdə üçüncü qüvvələrin təsirinə uymayaraq bütün çətinliklərə təkbaşına sinə gərdi. Eyni zamanda, xalqımız ulu öndər Heydər Əliyev fenomeni ətrafında birləşərək çətinliklərə dözdü. Azərbaycan cəmiyyəti radikallaşmadan milli dəyərlərə sadiq oldu. Müstəqil dövlətin uğur hekayəsi məhz həmin dövrlərdə quruldu".


Femida.az

Açar sözlər: #Ceyhun-Bayramov    

Oxunub: 437