“Qarabağ”la oyunda azarkeşləri təhqir edən Samir Abasov cəzalandırılıb


16:58     05 Noyabr 2021 21_11_05_1636111875.jpg

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında “Neftçi”nin baş məşqçisi Samir Abasov cəzalandırılıb.

Femida.az -ın məlumatına görə, buna səbəb çalışdırıcının Azərbaycan Premyer Liqasının IX turunda “Qarabağ”la oyunda azarkeşləri təhqir etməsidir.

Komitə bu davranışına görə, Abasovu 3 oyun şərti olmaqla 5 matçlıq diskvalifikasiya edib. Həmçinin klub 4000 manat cəriməyə məruz qalıb. Baş məşqçiyə 3 aylıq sınaq müddəti verilib.

Paytaxt təmsilçisi eyni zamanda 5 futbolçusu sarı vərəqə aldığı üçün 800 manat cərimə edilib.

“Qarabağ”ın isə azarkeşləri pirotexniki məmulatlardan istifadə etdiyi üçün 800 manat cərimə ödəməli olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu birincilərin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Açar sözlər:

Oxunub: 415


Oxşar xəbərlər