"Ermənistan rəhbərləri qərar verərkən öz iradələrinə güvənməlidirlər" - Hikmət Çətin


10:59     06 Noyabr 2021 2021/11/106D95C2-3661-44FA-87A3-9517CFB6A32B_1636189093.jpeg

"Ermənistanın rəhbər şəxsləri erməni diasporunun maraqlarını ifadə etməməlidirlər". Femida.az xəbər verir ki, bu sözləri VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda paneldə Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin deyib.

O bildirib ki, erməni diasporu Ermənistanın qərarlarına təsir edir, bu ölkənin rəhbərləri qərar verərkən öz iradələrinə güvənməlidirlər: "Hazırda münaqişə zamanı deyil, indi sülh və təhlükəsizlik vaxtıdır. Qafqaz böyük potensiala malikdir. Biz bu potensialı düzgün dəyərləndirməliyik. Bizə mütləq sülh lazımdır, Azərbaycan da buna çalışır”.

Eks-nazir qeyd edib ki, Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq niyyətindədir.


Femida.az

Açar sözlər: #Türkiyə   #Azərbaycan    

Oxunub: 487