Qonaq getdiyi evdən oğurluq etdi
13:50 06 Noyabr 2021
İsmayıllı Rayon Polis Şöbəsinə müraciət edən rayonun Göytəpə kənd sakini ona məxsus evdən 6850 manat dəyərində qızıl-zinət əşyalarının və 300 manat pulun oğurlandığını bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az -a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar keçirilən əməliyyat zamanı həmin cinayət əməlini törədən şəxsin zərərçəkmişin qohumu Z.Piriyeva olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.
Araşdırma zamanı qonaq qismində həmin evə gələn Z.Piriyevanın oradan oğurluq etdiyi və oğurladığı qızıl-zinət əşyalarını Bakı şəhərində satdığı məlum olub. Əldə etdiyi pulun və qızıl-zinət əşyalarının bir qismi ondan maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Femida.az
Oxunub: 563
Oxşar xəbərlər
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- 9-cu sinif şagirdini hansı cəza gözləyir? - Vəkil Sadiq Əfəndiyevdən açıqlama
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət edib
- Sərhədin Laçın və Kəlbəcər istiqamətlərində Ermənistanın xeyli canlı qüvvəsi və hərbi hissələri məhv edilib
- DİN: Zaqatalada meşədə yanğın törədən şəxs müəyyən edilib
- DİN: "Son 2 ayda Şirvanda 77 nəfər saxlanılıb"
- DİN Aşura mərasimləri ilə bağlı vətəndaşlara müraciət edib
- DİN: “Yaylaq Festivalında tıxac və vətəndaşların yolda qalması xəbərləri əsassızdır”