Ombudsman İmişlidə 11 yaşlı qızın zorlanmasına münasibət bildirib


16:08     06 Noyabr 2021 21_11_06_1636196900.jpg

"İmişlidə 11 yaşlı qızla bağlı baş vermiş hadisə Azərbaycanın milli-əxlaqi dəyərlərinə ziddir".

Bunu Femida.az-a açıqlamasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

O qeyd edib ki, bütün cəmiyyət 11 yaşlı qızla bağlı baş verən hadisəni qınayır: "Bu və buna oxşar digər məsələləri daim nəzarətdə saxlayırıq, aidiyyəti dövlət qurumları da ciddi tədbirlər görüb. Bizim işimiz Bakı və regionlarda əhalinin maarifləndirmə işinin gücləndirilməsidir. Nə qədər maarifləndirmə güclü aparılsa, bu işin o qədər effektiv olacağını görəcəyik".

Xatırladaq ki, İmişli rayon sakini, 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı - 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam edir.

11 yaşlı qızın övladı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hamiləlik patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə 31-ci həftəsində dünyaya gəlmişdi. Körpə xəstəxanada ölüb.

Qız, anası və qardaşı Sosial Xidmətlər Agentliyinin müəssisə və sığınacağına yerləşdiriliblər.

Açar sözlər:

Oxunub: 665