Xüsusi Təyinatlı Qüvvələrdə Zəfər Günü qeyd olunub - VİDEO
10:05 07 Noyabr 2021
Zəfər Günü münasibətilə Xüsusi Təyinatlı Qüvvələrdə veteranlar və Vətən müharibəsində şəhid olmuş qəhrəmanların ailələri ilə görüş keçirilib.
Femida.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib. Mərasim iştirakçıları hərbi hissənin ərazisində ucaldılmış ulu öndər Heydər Əliyevin büstü və Xüsusi Təyinatlı Qüvvələrin xatirə abidəsi qarşısına gül dəstələri qoyublar.
Tədbirdə "Zəfər Günü" münasibəti ilə hazırlanan tort kəsilib, veteranlara və şəhid övladlarına müxtəlif hədiyyələr təqdim olunub.
Balacalara müasir atıcı silahlar nümayiş etdirilib, onları maraqlandıran suallar cavablandırılıb.
Muğam ifaçısı Kənan Bayramov qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən musiqilər səsləndirib.
Sonda qonaqlar şəxsi heyətlə birgə çay süfrəsində söhbət ediblər.
Femida.az
Oxunub: 605
Oxşar xəbərlər
- “Zəfər” altsisteminə 200 minədək şəxsə dair məlumatlar daxil edilib
- MN: "76 min nəfərin adı “Zəfər” altsistemi vasitəsilə portala daxil edilib"
- Pakistan Prezidenti Qarabağ zəfəri münasibətilə Azərbaycanı təbrik edib
- "Azərbaycan Zəfəri ilə regionda yeni reallıq yaradıb" - Hikmət Hacıyev
- Kolumbiya televiziyasında Azərbaycanın Vətən müharibəsindəki zəfərindən danışılıb
- Peru Konqresi Zəfər Günü ilə bağlı bəyanat qəbul edib
- Parisdə Zəfər, Bayraq və Konstitusiya günləri qeyd edilib
- Zəfər Günü avtoxuliqanlıq edən tutuldu
- Kolumbiya Senatı Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edib
- "Azərbaycanın zəfəri regionda sülh və sabitliyin önünü açıb" - Çavuşoğlu