Bakı-Qazax yolunda baş verən qəzada bir ailənin 3 üzvü xəsarət alıb


15:12     08 Noyabr 2021 21_11_08_1636369152.jpg

Bakı-Qazax yolunda, Yevlax rayonu ərazisində yol qəzası olub.

Femida.az -ın məlumatına görə, hadisə yolun Qarabağ kanalı yaxınlığından keçən hissəsində baş verib.

“VAZ 2107” markalı maşının digər minik avtomobilinə çırpılması nəticəsində sonuncu maşın idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində bir ailənin 3 üzvü Əkbər, Saygül və Araz Abdullayevlər (ata, ana və onların 17 yaşlı oğlu) xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 436