Kreml: “Qarabağla bağlı üçtərəfli bəyanat son dərəcə vacib əhəmiyyət kəsb edir”
16:12 09 Noyabr 2021
“Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın əhəmiyyətini sözlə ifadə etmək çətindir”.
Femida.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dimitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
“İmzalanmış sənədləri həm Azərbaycan, həm də Ermənistan üçün son dərəcə vacib əhəmiyyətli, həmçinin müharibəyə son qoyaraq, regional iqtisadiyyat və infrastrukturun sülh yolu ilə inkişafına şərait yaradan sənədlər kimi qiymətləndiririk”, - o deyib.
“Rusiya sülhməramlıları öz funksiyalarını yerinə yetirir, təhlükəsizliyi, atəşkəs rejiminin monitorinqini, qaçqınların geri qaytarılması prosesini təmin edirlər. Bu son dərəcə vacib əhəmiyyətə malikdir. Bu səbəbdən imzalanmış sənədlərin əhəmiyyətini sözlə ifadə etmək çətindir”, - Rusiya Prezidentinin mətbuat katibi vurğulayıb.
Oxunub: 532
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"