Bakıda bıçaqlanma hadisəsi baş verib


09:28     10 Noyabr 2021 2021/11/C4A9CF7E-ACBC-4CFC-962C-1ED0E6619825_1636518502.jpeg

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb. Sahil qəsəbəsində 1994-cü il təvəllüdlü Məmmədov Elxan Nəsrəddin oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qasıq nahiyəsinin bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Yaralı əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.


Femida.az

Açar sözlər: #Bıçaqlanma    

Oxunub: 623