Avtobuslarda cibgirlik edənlər ələ keçdi - FOTO
11:38 10 Noyabr 2021
Gəncədə cibgirlik və oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az -a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sərnişinlərin sıx olduğu vaxtlarda şəhərdaxili avtobuslarda cibgirlik edən, əvvəllər dəfələrlə məhkum olunmuş Sahib Hüseynov tutulub.
Araşdırmalar zamanı həmin şəxsin müxtəlif vaxtlarda vətəndaşların çantasından və cibindən mobil telefon və nağd pul oğurladığı müəyyən edilib. İlkin dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edərək oğurladığı mobil telefonları satdığını bildirib. İdarə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki binalardan su mühərriklərini oğurlamaqda şübhəli bilinən Elmir İsmayılov saxlanılıb.
Araşdırmalar zamanı saxlanılan şəxsin müxtəlif vaxtlarda ümumilikdə 5 vətəndaşa məxsus ümumi dəyəri 590 manat olan su mühərriki oğurlaması məlum olub. Keçirilən digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində 500 manat dəyərində elektrik qurğularını oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Atəş paşayev saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət hadisəsini etiraf edib.
Polis əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində isə oğurluq etməkdə şübhəli bilinən Asim Quliyev saxlanılıb. Araşdırmalar zamanı onun su sayğacı, velosiped və mobil telefon oğurlamaqla vətəndaşlara ümumilikdə 450 manat maddi ziyan vurması müəyyən edilib. Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.
Femida.az
Oxunub: 512
Oxşar xəbərlər
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- 9-cu sinif şagirdini hansı cəza gözləyir? - Vəkil Sadiq Əfəndiyevdən açıqlama
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət edib
- Sərhədin Laçın və Kəlbəcər istiqamətlərində Ermənistanın xeyli canlı qüvvəsi və hərbi hissələri məhv edilib
- DİN: Zaqatalada meşədə yanğın törədən şəxs müəyyən edilib
- DİN: "Son 2 ayda Şirvanda 77 nəfər saxlanılıb"
- DİN Aşura mərasimləri ilə bağlı vətəndaşlara müraciət edib
- DİN: “Yaylaq Festivalında tıxac və vətəndaşların yolda qalması xəbərləri əsassızdır”