Sahil Babayev: "Gələn il növbəti sosial paket hazırlanacaq"


16:05     10 Noyabr 2021 21_11_10_1636545951.jpg

"Əhalinin sosial rifahının yaxşılaşdırılması, ünvanlılığın təyin edilməsi istiqamətində çox ciddi işlər gedir":

Femida.az -ın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, sosial ödənişlərin əhatə dairəsi genişləndirilir: "Bir daha xüsusi olaraq qeyd edim ki, bizim hər hansı qənaət amalımız yoxdur. Növbəti sosial paket də gələn il hazırlanacaq”.

Açar sözlər:

Oxunub: 593