Azərbaycanda vurulan birinci doza vaksinlərin sayı 5 milyonu ötüb


17:22     10 Noyabr 2021 2021/11/peyvend_koronavirus_vaksin_1636549476.jpg

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 12 403 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 086, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 998, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 6 319 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 941 341, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 001 669, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 442 475, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 497 197 təşkil edir.

Açar sözlər:

Oxunub: 329