MN: “Qarşıdurmaya görə məsuliyyət Ermənistanın üzərinə düşəcək”


20:51     14 Noyabr 2021 21_11_14_1636905139.jpg

“Ermənistan tərəfinin bu kimi təxribatlarının qarşısı qətiyyətlə alınacaq”.
Femida.az -ın məlumatına görə, bu, Müdafiə Nazirliyinin Dövlət sərhədinin Laçın rayonu istiqamətində ermənilərin növbəti təxribat cəhdi ilə bağlı yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi bu kimi hərbi avantüraya son qoymalıdır: “Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan tərəfi iki ölkənin dövlət sərhədinin danışıqlar yolu ilə delimitasiyası və demarkasiyasında maraqlı deyil. Bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək”.

Açar sözlər:

Oxunub: 337