Fermada insanları zorla işlədən şəxs tutuldu


18:28     28 May 2015 big_1415285920_esas-v.jpg


Azərbaycanda bir neçə nəfərin məcburi əməyə cəlb edilməsi faktı aşkarlanıb.

Femida.az qurumun saytına istinadən xəbər verir ki, mayın 26-da İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1975-ci il təvəllüdlü, Xaçmaz rayon sakini Kərimov Əziz Ağanəzər oğlunun sahibi olduğu Qobustan rayonu, Cəngi qəsəbəsi, Xanqulu qışlağı adlanan ərazidə yerləşən heyvandarlıq fermasında Azərbaycan Respublikası vətəndaşı olan şəxslərin məcburi əməyə məruz qalması faktı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 884