Maşın qaçıran keçmiş məhkum ələ keçdi


14:28     17 Noyabr 2021 2021/11/40157431-3D56-4738-819F-7DBB7CBE47DF_1637144384.jpeg

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə noyabrın 16-da rayon ərazisindən Bakı şəhər sakini A.Həsənova məxsus “KİA” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Femida.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün yol kənarında dayanmış 2 avtomobilə dəymiş vəziyyətdə tapılıb.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş İ.Həsənov müəyyən edilərək saxlanılıb. Nizami RPİ tərəfindən araşdırma aparılır.


Femida.az

Açar sözlər: #DİN    

Oxunub: 648