Həmyerlisini bıçaqladı - Göygöldə


19:19     11 Yanvar 2016 v-volgograde-muzhchina-izbil-molotkom-svoego-brata_1917.jpeg

Göygöl rayonunun Şəhriyar kəndinin meşə zolağında rayon sakini Şahsəyid Sayfronov münaqişə zəmnində həmyerlisi Rəşad Əliyevə bıçaqla xəsarət yetirib. Femida.az-ın Daxili işlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə yanvarın 10-da baş verib.


R.Əliyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Sayfronov tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 718