“Torqovı”da ərəb turist bıçaqlandı


10:27     08 Dekabr 2021 bicaq.jpg

Bakıda əcnəbi vətəndaş naməlum şəraitdə yaralanıb.

Femida.az "Report"a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb. Səudiyyə Ərəbistanından olan turist, 1999-cu il təvəllüdlü Ali Ahmad Noaf Nizami küçəsində (“Torqovı” adlanan ərazi-red) naməlum şəraitdə kəsici alətlə xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 391


Oxşar xəbərlər