Ümumxalq hüzn, Anım və matəm günlərində audiovizual yayımın təşkili qaydası açıqlanıb


13:17     10 Dekabr 2021 21_12_10_1639127861.jpg

Ümumxalq hüzn, Anım və matəm günlərində audiovizual yayımın təşkil edilməsi qaydası açıqlanıb.

Femida.az -ın xəbərinə görə, bu, “Media haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, ümumxalq hüzn, Anım və matəm günlərində audiovizual yayım aşağıdakı qaydada həyata keçirilməlidir:

1. komediya və erotik filmlər, televiziya və radio viktorinaları, yumoristik, əyləncəli və ümumxalq hüzn, Anım və matəm günlərinin mahiyyətinə uyğun olmayan digər proqramlar yayımlanmamalıdır;

2. reklam yayımlanmamalıdır (Anım Günü istisna olmaqla);

3. azı hər iki saatdan bir dəfə ümumxalq hüzn, Anım və matəm günü ilə bağlı məlumat yayımlanmalıdır;

4. saat 12.00-da bir dəqiqəlik sükut elan edilməlidir.

Açar sözlər:

Oxunub: 359


Oxşar xəbərlər