Yaşayış binalarının damında radiorele dirəkləri və qüllələrinin quraşdırılması qadağan olunub


17:49     13 Dekabr 2021 21_12_13_1639403449.jpg

Azərbaycanda yaşayış binalarının damında verilişlərin kollektiv qəbulu üçün televiziya anteni və radio verilişi şəbəkə dirəyinin quraşdırılması nəzərdə tutulmalıdır.

Femida.az xəbər verir ki, bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda əksini tapıb.

Bundan başqa, sənədə əsasən, damda radiorele dirəklərinin və qüllələrinin quraşdırılması qadağandır.

Açar sözlər:

Oxunub: 568