Əcnəbi vətəndaşı və azyaşlı övladlarını məcburi işlədən şəxsə həbs cəzası verilib
20:33 13 Dekabr 2021
Əcnəbi vətəndaşı və azyaşlı övladlarını məcburi işlədən şəxsə hökm oxunub.
Bu barədə Femida.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında əməliyyat tədbirləri keçirib. Nəticədə əcnəbi vətəndaş olan 1 qadını və onun 2 azyaşlı uşağını Zərdab rayonunun Bəyimli qəsəbəsində yerləşən heyvandarlıq təsərrüfatında məcburi əməyə məruz qoymaqda şübhəli bilinən Kəlbəcər rayon sakini Məhəmməd Babakişiyev tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 144-2.2.1 və 144-2.2.2-ci (məcburi əmək) maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmünə əsasən, M.Babakişiyev Cinayət Məcəlləsinin həmin maddələri ilə (məcburi əmək) təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib.
Oxunub: 906
Oxşar xəbərlər
- Əcnəbilərin Gürcüstanda “yaşıl status” alması qaydası açıqlanıb
- Əcnəbi tələbələrlə bağlı məsələyə aydınlıq gətirildi
- Əcnəbilərin Azərbaycan universitetlərində təhsil almaq qaydaları dəyişdirilib
- Əcnəbilər COVID-19 pasportu tələb edilən obyektlərə daxil ola bilərlər - Rəsmi
- Əcnəbi blogerlər Ağdama səfərə yollanıblar
- Əcnəbilər Azərbaycanda bu qaydalarla övladlığa uşaq götürə bilər - Hüquqi maarifləndirmə
- Əcnəbi diplomatlar işğaldan azad olunmuş torpaqlara növbəti dəfə səfər ediblər
- Əcnəbilər Azərbaycanda 25 milyon manat xərcləyib
- Əcnəbilər evdən çıxmaq üçün necə icazə almalıdırlar? - VİDEO
- Əcnəbilərin ölkədən getməsi ilə bağlı qaydalar dəyişdi