Terrorçuluqda təqsirləndirilən iki Ermənistan vətəndaşının məhkəməsi Bakıda keçiriləcək


11:47     14 Dekabr 2021 21_12_14_1639467048.jpg

Terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə bu günə təyin edilən cinayət işi üzrə hazırlıq iclası təxirə salınıb.

Terrorçuların hazırlıq iclası dekabrın 17-də, saat 14:30-da Sabunçu Rayon Məhkəməsində keçiriləcək.

09:35
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsinə terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə hazırlıq iclası keçiriləcək.

Femida.az xəbər verir ki, iş hakim Elmin Rüstəmovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Açar sözlər:

Oxunub: 617