“Ramin Yeraz” adı ilə tanınan ifaçıya hökm oxunub


14:19     14 Dekabr 2021 21_12_14_1639477215.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində sosial şəbəkələrdə "Ramin Yeraz" kimi qeydiyyatdan keçərək narkotik vasitələrin təbliğini etməkdə təqsirləndirilən Ramin İsmayılovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

Femida.az xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə R.İsmayılov 5 il müddətinə azadlıq məhrum edilib.

Qeyd edək ki, Nizami rayon sakini olan R.İsmayılov narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 5,140 qram heroin aşkar edilərək götürülüb.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü ( Qanunsuz olaraq narkotik vasitələri, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, R.İsmayılov bundan əvvəl də 2018-ci ildə dələduzluqda şübhəli bilinərək tutulub. O, sosial şəbəkələrdə “Ramin Yeraz” adı ilə tanınan ifaçıdır. R.İsmayılov özünü “Ramin Yeraz prodakşn”ın sahibi kimi təqdim edirdi.

Açar sözlər:

Oxunub: 469


Oxşar xəbərlər