Xətaidə avtomobillə vurulan 43 yaşlı qadın ağır xəsarət alıb


11:44     15 Dekabr 2021 21_12_15_1639550001.jpg

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1978-ci il təvəllüdlü İsayeva Nərgiz Vaqif qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 Saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona qapalı-kəllə beyin travması və baş-beynin əziyi diaqnozları qoyulub. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 456