Azərbaycanda narkotikin təsiri altında avtomobil idarə edən sürücülərin sayı açıqlanıb


19:28     16 Dekabr 2021 21_12_16_1639659562.jpg

"Cari ilin 9 ayı ərzində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 650 sürücü aşkar edilib".

Bunu Femida.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev məlumat verib.

"Təkcə son bir ay ərzində 150-ə yaxın analoji hal aşkarlanıb. Təbii ki, yol polisi bu istiqamətdə mübarizə tədbirlərini gücləndirib.

Eyni zamanda, daşıyıcı şirkətlər, fiziki və hüquqi şəxslər bu məsələdə diqqətli olmalıdır. Sürücüləri işə qəbul edən zaman, həmçinin, reysqabağı tibbi müayinədən keçirilməli və belə neqativ hallar olmamalıdır. Hər kəs öz məsuliyyətini dərk etməlidir", - o vurğulayıb.

Açar sözlər:

Oxunub: 365