Şirvanda elektron qolbaq daşıyan şəxs narkotik satarkən saxlanılıb
15:10 17 Dekabr 2021
Daxili işlər orqanları əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Rəşad Baxşıyev şəhər ərazisində yerləşən "Oazis" restoranının qarşısında saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
R.Baxşiyev əvvəllər də cinayət əməli ilə məşğul olduğu üçün istintaqa cəlb olunub. Belə ki, ötən il narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılıb və məhkəmənin qərarı ilə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilərək elektron qolbaqla təchiz olunub.
Polis əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbirləri zamanı isə Şirvan şəhər sakini İsmayıl Əmiraslanov saxlanılıb. Həmin şəxsdən də heroin aşkarlanaraq götürülüb.
Oxunub: 506
Oxşar xəbərlər
- Şirvanda narkotik tərkibli bitkiləri yetişdirən şəxs saxlanılıb
- Şirvanda kişi arvadını uşağının gözləri qarşısında xüsusi amansızlıqla öldürüb - RƏSMİ
- Şirvanda iki il qabaq törədilən oğurluğun üstü açılıb
- Şirvanda çörəkbişirmə sexindən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
- Şirvanda mağazada fəhlə xəsarət alıb
- Şirvanda arvadını öldürüb, polisə silahlı müqavimət göstərən şəxs saxlanılıb
- Şirvanda işıq dirəklərini oğurlayan şəxs saxlanılıb
- Şirvanda bir ailənin 4 üzvü zəhərlənib
- Şirvanda yataqxanada yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib, 30 nəfər təxliyə edilib
- Şirvanda qızına qarşı dələduzluq edən qadına cinayət işi açılıb