Vitse-prezidentlərə ömürlük diplomatik pasportun verilməsinə dair layihə qəbul edilib


12:07     20 Dekabr 2021 21_12_20_1639987683.jpg

Milli Məclisin bu gün keçirilən iclasında "Pasportlar haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Femida.az -ın xəbərinə görə, dəyişikliklə diplomatik pasport veriləcək şəxslərin siyahısı genişləndirilir.

Belə ki, dəyişikliklə Xarici İşlər Nazirliyi tərəfindən öz vəzifələrini icra etməyə başladıqdan ən geci 15 gün keçənədək Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək.

Digər bir dəyişikliklə isə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport ömürlük veriləcək.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Açar sözlər:

Oxunub: 379


Oxşar xəbərlər