Saxlanılan iki hərbçimiz bu gün geri qaytarıldı — RƏSMİ (FOTO)


22:30     20 Dekabr 2021 21_12_20_1640025147.jpg

Dekabrın 18-də gündüz saatlarında Laçın rayonunun dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hüseynov Teymur Ələddin oğlu və əsgər Mustafayev Murad Mikayıl oğlu əlverişsiz hava şəraitində yolu azaraq qarşı tərəfə keçib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, aparılmış danışıqlar nəticəsində hərbi qulluqçuların bu gün geri qaytarılması təmin olunub.

Açar sözlər:

Oxunub: 1182