Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamə təsdiq edilib


19:09     22 Dekabr 2021 21_12_22_1640186056.jpg

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamə təsdiq edilib.

Femida.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmanla həmçinin Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin strukturu, hərbi qulluqçularının və mülki işçilərinin say həddi, ali zabit heyəti vəzifələrinin siyahısı da təsdiqlənib.

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi mühafizəsini təmin etdiyi şəxslərin siyahısı barədə təkliflərini dövlət başçısına təqdim etməli, Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.

Açar sözlər:

Oxunub: 1401