Sumqayıtda və Sabirabadda silahlı şəxslər tutuldu


19:45     12 Yanvar 2016 40003024238.jpg

Sumqayıt şəhərində silah-sursatın götürülməsi ilə bağlı əməliyyat keçirilib.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, Sabirabad rayonunun Əsədli kənd sakini Fədai Soltanovun evinə baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-3” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Sumqayıt şəhərində isə H.Zeynalabdin qəsəbə sakini Seyfəddin Kərimovun evinə baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-63” markalı tüfəngi aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 963