Hökumət icbari tibbi sığorta ilə bağlı qaydanı təsdiqləyib
22:08 24 Dekabr 2021
“İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərinin hesablanması Qaydası” təsdiq edilib.
Femida.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə“İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil olan tibbi xidmətlərin siyahısını və tariflərini yenidən hesablayaraq təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Qərarla qaydanın məqsədləri üçün nəzərdə tutulan marja tibbi xidmətlərin tariflərini formalaşdıran birbaşa əməkhaqqı məsrəflərinin 15 faizi həcmində müəyyənləşdirilir. İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərini formalaşdıran birbaşa xərclərin artımı 30 faizi keçdiyi hallarda müvafiq aktuar hesablamalar aparılmaqla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində tariflərə yenidən baxılır və “Normativ hüquqi aktlar haqqında” qanunun tələblərinə uyğun olaraq Nazirlər Kabinetinə təqdim edilir.
Bildirilib ki, qayda qüvvəyə mindikdən sonra yeni xidmətlər zərfi təsdiq edilənədək bu qayda əsasında hesablanan tariflə mövcud xidmətlər zərfinə daxil olan tarif arasında fərq yaranarsa, onlardan aşağı məbləğdə olan tarif əsas götürülür.
Oxunub: 775
Oxşar xəbərlər
- Hökumət Azərbaycan ərazisinə qida və yem məhsullarının idxalı qaydasını təsdiqləyəcək
- Hökumət yeni qərar qəbul edib, Azərbaycanda ət ucuzlaşacaq
- Hökumət yeni qərar qəbul edib, Azərbaycanda ət ucuzlaşacaq
- Hökumət ərzaq məhsulları ilə təminat sahəsində əsas prinsipləri açıqlayıb
- Hökumət azad edilmiş torpaqların kənd təsərrüfatı potensialını qiymətləndirib
- Hökumətdən süni qiymət artımı ilə bağlı açıqlama
- Hökumət toyuq ətinin qiymətinin artmaması üçün qərar qəbul edib
- Hökumət vergi orqanları işçilərinin maaşlarını təsdiqləyib
- Hökumət bu həftə əməkhaqları və pensiyaların artırılması ilə bağlı təkliflərini təqdim edəcək
- Hökumət ali təhsil pilləsinin dövlət standartı və proqramına dəyişiklik edib