Ərdoğan: “Terroru suriyalı kamikadze törədib”


20:03     12 Yanvar 2016 erdogan2.jpg


İstanbulun Sultanəhməd meydanında partlayışı suriya əsilli kamikadze törədib.

Femida.az xəbər verir ki, bu barədə ictimaiyyətə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.


Ərdoğan terrordan hiddətləndiyini bildirib və mübarizəni davam etdirəcəklərini açıqlayıb:

“Təəssüf ki, ölənlər var. Tezliklə onların adları açıqlanacaq. Türkiyə terror qarşısında əyilməyəcək. Bu bölgədə fəaliyyət göstərən bütün terror təşkilatlarının ilk hədəfi Türkiyədir. Çünki Türkiyə bunların hamısı ilə eyni qətiyyətlə mübarizə aparır”.

Qeyd edək ki, partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb.

Açar sözlər:

Oxunub: 1635