Alimlər: Pandemiya bu il başa çatacaq
20:29 02 Yanvar 2022
Rusiyanın virusologiya üzrə professoru, Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatları Mərkəzinin baş elmi işçisi Anatoli Altşteyn COVID-19 pandemiyasının bu il bitəcəyini açıqlayıb.
Bu barədə Femida.az “Ura.ru”ya istinadən xəbər verir.
"2022-ci ildə pandemiyaya son qoya bilərik, çünki vaksinlər var, peyvəndləri təkmilləşdirmək, habelə onu istehsal etmək imkanı var. Mən təkcə Rusiyadan deyil, ümumilikdə dünyadan danışıram", - o, “Ura.ru”ya müsahibəsində deyib.
Mütəxəssisin sözlərinə görə, normal həyata qayıtmaq üçün profilaktik tədbirlərə riayət etmək və peyvənd olunmaq lazımdır, əks halda pandemiya 2023-cü ildə də davam edəcək.
Rusiya Elmlər Akademiyasının müxbir üzvü, V.A.Engelhardt adına Molekulyar Biologiya İnstitutunun hüceyrələrin çoxalması laboratoriyasının rəhbəri Pyotr Çumakov isə hesab edir ki, pandemiyanın insan həyatına təsiri getdikcə azalacaq.
“Düşünürəm ki, çox sürətlə yayılan və ciddi təzahürlərə səbəb olmayan “omikron” ştamının yaranması ilə əlaqədar hər şey səngiyəcək”, - o deyib.
Çumakovun sözlərinə görə, yeni ştam digərlərini sıxışdıracaq.
Oxunub: 671
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"