Rayonlarda yanğın olub


14:19     13 Yanvar 2016 azvisionyangin067.jpg

Salyan və Saatlıda yanğın hadisəsi qeydə alınıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Salyan şəhərində yanğın vətəndaşa məxsus ümumi sahəsi 9 kv.m olan vaqondan ibarət bərbərxanada baş verib. Nəticədə bərbərxananın taxta üzlüyü və içərisində olan əşyalar yanın. Yaxınlıqdakı mağaza yanğından mühafizə olunub.

Saatlı rayonu, Qıraqlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağında 1 ədəd televizor və 1 ədəd DVD yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1139