Səhiyyə Nazirliyi hansı uşaqlarda anemiyalara daha çox rast gəlindiyini açıqlayıb


16:55     19 Yanvar 2022 22_01_19_1642591351.jpg

“Vaxtından əvvəl doğulan, çəkisi az olan körpələrdə anemiyalara daha çox rast gəlinir”.

Femida.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov deyib.

Onun sözlərinə görə, vaxtından əvvəl doğulan körpələr ana bətnində az vaxt keçirdiklərindən onlarda dəmir deposu yetərli olmur: “Digər səbəblərdən biri də reanimasiyada olan körpələrdən mütəmadi olaraq qan alındığından onlarda qan azlığı daha çox müşahidə olunur”.

Açar sözlər:

Oxunub: 416