Xəstəni öldürən həkim tutuldu - Video


16:52     13 Yanvar 2016 hekimm.jpg

Rusiyanın Belqorod şəhər Oktyabr rayon məhkəməsi "həkim-boksçu" İlya Zelendinovun həbs olunması barədə qərar çıxarıb.


ANS PRESS-in məlumatına görə, keçmiş həkim barədə iki aylıq həbs-qətimkan tədbiri seçilib.

Belqorod şəhər 2 saylı xəstəxanasının Terapiya şöbəsinin həkimi İlya Zelendinov pasiyentlərdən birini döyərək öldürüb. Buna səbəb isə xəstənin tibb bacısına sataşması olub.

Hadisənin 2015-ci il dekabrın 29-da baş verməsinə baxmayaraq, otaqda olan müşahidə kamerasına düşən görüntülər bu günlərdə sosial şəbəkədə yayıldığdan sonra polis hərəkətə keçib. Görüntülərdə həkimin otağa daxil olduğu və bu zaman xəstənin onu müayinə edən tibb bacısının sinəsinə toxunduğu görünür. Bunun səbəbini tibb bacısından soruşandan sonra terapiya şöbəsinin həkimi xəstəni dartaraq başqa bir otağa aparmaq istəyir. Otaqdan çıxmaq istəməyən xəstəyə həkim başından zərbə yetirib. Bundan sonra huşunu itirən xəstə yerə yıxılıb. Hirsi soyumayan həkim ona mane olmağa çalışan digər bir insanı da döyüb.

Hadisə yerinə gələn digər həkimlər həkimi sakitləşdirməyə çalışıblar və yerə yıxılan xəstəyə kömək etmək istəyiblər. Lakin 56 yaşlı Belqorod şəhər sakini Yevgeni Baxtin aldığı zərbələrdən hadisə yerində keçinib.

Ötən ilin sentyabr ayında buna oxşar hadisə Bakıda da baş verib. Xətai rayonunda yerləşən 7 saylı poliklinikada qeydə alınan hadisə 73 yaşlı Tacirə Məmmədovanın başına gəlib. Xəstə müayinə üçün poliklinikaya gedib. Müayinə zamanı Məmmədova Tamilla adlı həkim tərəfindən döyülüb. Zərərçəkən faktla bağlı Xətai Rayon Polis İdarəsinə şikayət edib.

Açar sözlər:

Oxunub: 1337