Sabah bəzi yollar buz bağlayacaq


09:12     30 Yanvar 2022 22_01_29_1643484250.jpg

Yanvarın 30-na avtomobil yollarında vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Femida.az-a bildirilib ki, yanvar ayının 30-da gecə və səhər saatlarında Bakı-Şamaxı-Yevlax, Quba-Xaçmaz, Quba-Qusar, Naxçıvan-Şahbuz, Masallı-Yardımlı, Lənkəran-Lerik, Gəncə-Kəlbəcər-Laçın, Giləzi-Xızı, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Şəmkir-Gədəbəy, Gəncə-Daşkəsən, Ağdam-Füzuli-Horadiz, Ucar-Zərdab-Ağcabədi magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Açar sözlər:

Oxunub: 418