Sabah Milli Məclisin yaz sessiyası başlayır
11:19 31 Yanvar 2022
Sabah – fevralın 1-də Milli Məclisin 2022-ci il yaz sessiyası başlayır.
Femida.az xəbər verir ki, qanunverici orqanın toplantıları mayın 31-dək davam edəcək.
Parlamentin yas sessiyasının ilk plenar iclasının gündəliyinə 12 məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1. Milli Məclisin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında Milli Məclisin qərar layihəsi.
2. Milli Məclisin İntizam Komissiyasının yaradılması haqqında Milli Məclisin qərar layihəsi.
3. Milli Məclisin Hesablayıcı Komissiyasının yaradılması haqqında Milli Məclisin qərarının layihəsi.
4. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qanunun layihəsi.
5. “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanunun layihəsi.
6. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi.
7. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
8. “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
9. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).
10. “Qaz təchizatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
11. İnzibatı Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).
12. “Dini etiqad azadlığı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
Oxunub: 398
Oxşar xəbərlər
- Sabahdan güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ
- Sabahdan güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ
- Sabah hava küləkli olacaq, yağış yağacaq
- Sabahın hava proqnozu açıqlanıb
- Sabah Abşeronun bir hissəsində qaz olmayacaq
- Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır
- Sabahın hava proqnozu açıqlanıb
- Sabaha gözlənilən hava şəraiti açıqlanıb
- Sabahın hava proqnozu açıqlanıb
- Sabahın hava proqnozu açıqlanıb