Azərbaycanda bu sahələrdə qapanmalar ola bilər - Fevralın 15-dən - AÇIQLAMA
17:14 31 Yanvar 2022
"Dünya ölkələri Omikron ştamı ilə bağlı sərt tədbirlər görməsə də müəyyən məhdudiyyətlər qoyuldu. Hesab edirəm ki, ölkədə ciddi qapanmalar olmasa da, fevralın 15-dən epidemioloji vəziyyətə uyğun olaraq addımlar atıla bilər".
Bu sözləri BAKU.WS-ə açıqlaması zamanı tibb elmləri doktoru, professor Adil Qeybulla danışıb.
Ekspert əlavə edib ki, Omikron ştamına əhalinin böyük hissəsinə yoluxur: "Bu gün biz dalğanın içində yaşayırıq. Omikron ştamı çox yolxucudur. Yoluxmadan bir neçə saat sonra klinik əlamətləri özünü göstərir. Əvvəlki ştamlar isə bir neçə gün ərzində özünü göstərirdi.
Bu ştamın sürətlə yayılması artıq göz qabağındadır. Yoluxanların sayının rekord həddə çatmasını görürüksə, nə qədər qeydiyyata düşməyən xəstələr də var. Ona görə, real rəqəmlər əslində çoxdur.
İnsanlar karantin davranışlarına qapalı mühitdə ciddi əməl etməlidir. Epidemioloji vəziyyət pisləşərsə, müəyyən qapanmalar ola bilər. Kütləvi tədbirlərə, toylara və yaslara müəyyən məhdudiyyətlər qoyula bilər. Çünki insanlar bir neçə saat həmin məclislərdə iştirak edirlər. Lakin çox sərt tədbirlərin görülməsinə lüzum görmürəm".
Oxunub: 376
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib