DİN: "Bakıda turistlərin evinə qonaq gedən qadın özü-özünə xəsarət yetirib"


13:10     02 Fevral 2022 dinnnn.jpg

Daxili İşlər Nazirliyi (DİN) Bakıda turistlərin evinə qonaq gedən qadının döyülməsi ilə bağlı məlumata münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, qadının döyülüb xəsarət yetiriməsi ilə bağlı iddialar əsasızdır.

Qeyd edilib ki, hadisə baş verən ünvanda qadının özü-özünə xəsarət yetirməsi ilə bağlı görüntülər var: "İddiaların təfərrüatları Səbail Rayon Polis İdarəsinin 39-cü Polis bölməsində araşdırılır".

Açar sözlər:

Oxunub: 422