KTM: "Ötən ay 167 nəfər zəhərlənib, bir nəfər ölüb"


14:55     02 Fevral 2022 22_02_02_1643794037.jpg

"Ötən ay 167 nəfər zəhərlənib, bir nəfər ölüb".

Bu barədə Femida.az-a Kliniki Tibbi Mərkəzdən bildirilib.

Bildirilib ki, yanvar ayı ərzində zəhərlənmə faktı ilə bağlı 167 nəfər qəbul olunub:

"Xəstəxanaya yerləşdirilənlərdən 18-i sirkə turşusundan, 9-u allergiya səbəbindən, 67-si dərmandan, 5-i qidadan, 44-ü dəm qazından, 13-ü spirtli içkidən zəhərlənib. Bundan başqa qəbul olunanların 11-i isə anafilaktik şok keçirib. Həkimlərin səyləri nəticəsində 167 nəfərdən 166-sı sağlamlığına qovuşub, 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb".

Açar sözlər:

Oxunub: 359