Azərbaycanda psixiatriya xəstəxanasından 2 nəfər qaçıb


14:58     03 Fevral 2022 22_02_03_1643878717.jpg

Azərbaycanda psixiatriya xəstəxanasından 2 nəfər qaçıb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 2-də saat 2 radələrində Şəki Rayonlararası Psixiatriya xəstəxanasından Şəki şəhər sakinləri M.Orucov və E.Salehovun qaçmaları barədə daxil olmuş məlumatla əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.

Görülən operativ tədbirlər nəticəsində həmin şəxslər Şəki Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Şəki Şəhər Rayon Polis Şöbəsinə təhvil veriliblər.

Açar sözlər:

Oxunub: 407