Özünü jurnalist kimi təqdim edən Bayram Hacıyev həbs edildi
13:14 04 Fevral 2022
Özünü jurnalist kimi təqdim edərək vəzifəli şəxslərdən pul tələb edən şəxs tutulub.
Bu barədə Femida.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, özünü peşə fəaliyyətini həyata keçirən media nümayəndəsi qismində qələmə verən Hacıyev Bayram Nazim oğlu səhiyyə müəssisəsinin direktoru barəsində feysbuk sosial şəbəkəsində və yutub videopaylaşım platformasında qeydiyyatdan keçirdiyi "Sizintv.az” və "Vətəndaş Bayram Hacıyev” adlı səhifələrdə yerləşdirilmiş həqiqətə uyğun olmayan, nüfuzdan salan video materialların silinməsi və gələcəkdə bir daha belə paylaşımların edilməməsi müqabilində həmin şəxsdən müəyyən məbləğdə pul vəsaitini tələb etməsi barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Əməliyyat tədbirləri ilə Bayram Hacıyev təkrarən eyni niyyətlə, yəni barələrində həqiqətə uyğun olmayan rüsvayedici məlumatları sosial şəbəkələrdə yayma hədəsi ilə digər tibb müəssisələrinin rəhbər vəzifəli şəxslərindən onların yaxınları vasitəsi ilə 2.000 manat pul vəsaitini əvvəlcədən təyin etdiyi Bakı şəhəri Nərimanov rayonu ərazisindəki görüş yerində alarkən cinayət başında yaxalanmışdır.
Qeyd edilən faktlarla bağlı 3 fevral 2022-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmış, B.Hacıyev həmin məcəllənin 182.2.2-ci maddəsi (təkrar hədə-qorxu ilə tələb etmə) ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz hallar tam və hərtərəfli araşdırılmaqla təqsirləndirilən şəxsin qanunsuz əməllərindən zərər çəkmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Baş Prokurorluq bir daha informasiya məkanında qanunsuz fəaliyyətə meyl edən media subyektləri və sosial şəbəkə istifadəçilərini qanunvericiliyin tələblərinə riayət etməyə və digər vətəndaşların hüquqlarına hörmətlə yanaşmağa dəvət edərək qanun pozuntusuna yol verən şəxslər barəsində ciddi məsuliyyət tədbirlərinin tətbiqi ediləcəyi barədə xəbərdarlıq edir.
Oxunub: 505
Oxşar xəbərlər
- Özünü İmam Mehdi kimi təqdim edən şəxsin insanları necə aldatdığı məlum olub
- Özünü ölmüş kimi təqdim edən iş adamı necə tutulub? (TƏFƏRRÜAT)
- Özünü jurnalist kimi təqdim edən şəxsin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb
- Özünü Vətən müharibəsi iştirakçısı kimi təqdim edərək ictimai qaydanı pozan şəxs həbs edilib
- Özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilə bilər
- Özünü həbsxanada asan Hacı Məmmədovun cinayət ortağı həbsxanada öldü
- Özünü "Seyid" kimi təqdim edib bir neçə nəfərin pulunu alan keçmiş məhkuma hökm oxunub
- Özünü güllələyən rəis generalın qardaşıdır
- Özünü dərəyə atan gənclə bağlı rəsmi məlumat
- Özünü “Azərsu” əməkdaşı kimi təqdim edən fırıldaqçı ifşa olundu