Azərbaycana diri toyuqların gətirilməsinə qadağa qoyulub
09:41 05 Fevral 2022
Azərbaycana başqa ölkələrdən diri toyuqların gətirilməsinə qadağa qoyulub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Femida.az-a bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, dünyanın müxtəlif ölkələrində yüksək patogen quş qripi (YPQQ) xəstəliyinin yayılma arealı genişlənməkdədir.
Azərbaycan ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması üçün Azərbaycan baş dövlət baytarlıq müfəttişi tərəfindən “Yüksək patogen quş qripi virusunun ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə ölkəyə 1 (bir) günlük cücələr istisna olmaqla, diri toyuqların idxalının müvəqqəti qadağan olunması haqqında” qərar qəbul olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə ölkəyə gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Qeyd edək ki, yüksək patogen quş qripi virusu miqrasiya edən çöl quşlar ilə yanaşı, ölkələr arasında daşınan diri quşlar vasitəsilə də yayılır. Bu baxımdan müxtəlif məhsuldarlıq istiqaməti üzrə fərqli yaş qrupuna aid quşlar yüksək epizootoloji risk daşıyır.
Oxunub: 450
Oxşar xəbərlər
- Azərbaycana gətirilən Aİ-92 benzinin gömrük rüsumundan azad olunma müddəti başa çatıb
- Azərbaycana gələn Rusiya vətəndaşlarının sayı təxminən 3 dəfə artıb
- Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanılıb
- Azərbaycana yaz fəsli gəlib
- Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik gətirmək istəyən şəxs tutulub
- Azərbaycana investisiya yatırımını asanlaşdıracaq sayt tezliklə istifadəyə veriləcək
- Azərbaycana giriş-çıxışına icazə verilən şəxslərin siyahısı genişləndirilib
- Azərbaycana daha bir neçə ölkədən uçuşlara icazə veriləcək
- Azərbaycana ova gələn əcnəbilər üç kateqoriyaya bölünəcək
- Azərbaycana gətirilən Aİ-92 benzini gömrük rüsumundan azad olunub