Binəqədidə 25 yaşlı gənc yol qəzasında ağır xəsarət alıb


12:27     06 Fevral 2022 22_02_06_1644128848.jpg

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Binəqədi rayonunda qeydə alınıb.

Gülüstan yolu deyilən ərazidə avtomobil yolu keçən 1997-ci il təvəllüdlü Süleymanlı Hafiz İlham oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 449