Hərbi prokurorluq işçiləri olmayan hərbçilərin maaşı artırılıb


19:29     07 Fevral 2022 22_02_07_1644247822.jpg

Prezident İlham Əliyev "Azərbaycan Respublikası prokurorluq orqanlarının hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçularının aylıq pul təminatının artırılması haqqında" fərman imzalayıb.

Femida.az xəbər verir ki, fərman Azərbaycan Respublikası prokurorluq orqanlarının hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi daşıyır.

Fərmanla Azərbaycan Respublikası prokurorluq orqanlarının hərbi prokurorluq işçiləri olmayan hərbi qulluqçularının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilib.

Fərman 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Açar sözlər:

Oxunub: 1211