Türyançay qoruğu yaxınlığında ağacların kəsilməsi ilə bağlı araşdırmalar başlayıb


20:58     07 Fevral 2022 22_02_07_1644253148.jpg

Oğuz rayonunun Çaldaş kəndinin Türyançay Dövlət Təbiət Qoruğu ilə həmsərhəd ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb və fakt təsdiqini tapıb.

Bu barədə Femida.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə məlumat verib.

Onun sözlərinə görə, hazırda təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar davam edir.

Açar sözlər:

Oxunub: 335


Oxşar xəbərlər