Bakıda DƏHŞƏTLİ qətl: qadını öldürüb, küçəyə atdılar


09:11     08 Fevral 2022 22_02_07_1644262642.jpg

Bakıda qadın qətlə yetirilib. Hadisə Qaradağ rayonu ''Qobu park'' yaşayış massivində baş verib. Qadın yaşadığı evdə amansızlıqla öldürülüb. Polis hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışlarına başlayıb.

Qadın yaşadığı evdə amansızlıqla qətlə yetirilib.

Ağır cinayət paytaxtın Qaradağ rayonu ''Qobu-Park'' yaşayış massivi 2 -ünvanında baş verib. 5-ci mərtəbədə yaşayan qadın naməlum şəraitdə qətlə yetirilib. Baş Prokurorluqdan verilən məlumata görə, 39 yaşlı Qənəət Fərmanovanın üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal hadisə yerinə istintaq qrupu gəlib. Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Oradan iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülüb.

Qonşuların sözlərinə görə, Laçın rayon sakini Qənəət Fərmanovanın 9 və 11-ci sinifdə oxuyan iki oğlu var. Qonşular ehtimal edirlər ki, hadisə vaxtı uşaqlar evdə olmayıb. Məlumata görə, qadın yaxınlıqdakı supermarketlərdən birində satıcı işləyirmiş.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayəti törətmiş şəxsin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Açar sözlər:

Oxunub: 610