Pensiya yaşı azaldılacaq? - DSMF sədrindən açıqlama
15:21 08 Fevral 2022
"Hazırda Azərbaycanda pensiya yaşının azaldılması məsələsi gündəmdə deyil".
Femida.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.
Onun sözlərinə görə, araşdırmalar ölkədə orta ömür uzunluğunun 77 yaşdan çox olduğunu göstərir: "Hətta pensiyaçılarımızın yaş həddi də həmin rəqəmin üzərindədir. Bunlar nəzərə alınmaqla pensiya yaş həddinin azaldılması planlaşdırılmır. Hətta hazırda dünya təcrübəsində pensiya yaşının 65-dən yuxarı qaldırılması və onların əmək bazarında saxlanılması məqsədəuyğun hesab edilir".
Oxunub: 580
Oxşar xəbərlər
- Pensiyalar ödənilir
- Pensiyalar iyulun 15-də tam ödəniləcək
- Pensiyası az olan şəxslərə müavinət təyin olunması barədə qanun imzalanıb
- Pensiyalar sabah tam ödəniləcək
- Pensiya və təqaüd alanlara sevindirici xəbər - Bu qədər arta bilər - VİDEO
- Pensiyalar mayın 13-də tam ödəniləcək
- Pensiyaların tam ödənilməsi aprelin 15-də başa çatacaq
- Pensiya alanlara ŞAD XƏBƏR - 50 manat əlavə olunacaq
- Pensiyalarla bərabər sosial yardımlar da Novruz bayramına qədər ödənəcək
- Pensiyaçılara ödənilən birdəfəlik maddi yardımlar gələcəkdə daimi veriləcək